Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat verib.
Martın 9-da Bakı və Abşeron yarımadasında axşama doğru bəzi yerlərdə yağış yağacağı bildirilir. Gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.
Gecə 4-7, gündüz 8-12 dərəcə isti olacaq.
Martın 9-da Azərbaycanın rayonlarında da yağış, dağlıq ərazilərdə qar yağacağı bildirilir. Gecə 0-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti təxmin edilir.