Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.
Martın 19-da Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.
Gecə 4-7, gündüz 10-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz olacağı vurğulanır.
Gecə 0-8, gündüz 15- 21, dərəcə isti təxmin edilir.