Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.
Martın 26-da Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Gecə bəzi yerlərdə zəif duman, çiskin olacağı, şimal küləyinin əsəcəyi, gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.
Yarımadada gecə 6-9, gündüz 11-16, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimal edilir. Qərb küləyinin əsəcəyi, gecə və səhər arabir güclənəcəyi vurğulanır. Gecə 6-11, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti gözlənir.