Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
24 Mart 2018
Mətni dəyiş

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.

Martın 25-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman, çiskin olacağı bildirilir.

Yarımadada 6-9, gündüz 9-11, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir.

Gecə 4-9, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 7-11 dərəcə isti olacağı təxmin edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun