Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
23 Mart 2018
Mətni dəyiş

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.

Martın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 12-17° isti, Bakıda gecə 3-5° isti, gündüz 14-16° isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 749 mm civə sütununa aşağı enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti, əsasən, yağmursuz olacaq. Lakin axşam bəzi qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti təşkil edəcək.

ETSN xəbərdarlıq edir ki, martın 24-ü axşam və 25-də, əsasən, şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun