Rusiyanın hərbi nəqliyyat təyyarəsi Suriyada qəzaya uğrayıb.
Bu arədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
İlkin məlumata əsasən, təyyarənin göyərtəsində 33 sərnişin və 6 heyət üzvü olub.
Onların hamısının həlak olduğu bildirilir. Ölənlərin hamısı hərbçi olub.
Qəza Moskva vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 16.00) Hmeymim aeroportuna eniş zamanı baş verib. Təyyarə eniş zolağına 500 metr qalmış yerə çırpılıb.
İlkin məlumata görə, hadisəyə texniki nasazlıq səbəb ola bilər.
Rusiya MN qəza ilə bağlı bütün versiyaları araşdırır.