Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 16-da bildirib ki, Rusiyanın Britaniya hökumətinin qərarına cavab tədbirləri bu yaxınlarda elan ediləcək.
Zaxarova bu barədə Interfax agentliyinə bildirib: “Rusiya tərəfinin cavab tədbirləri barədə qərar qəbul edilib, lakin yaxın saatlarda yox, amma yaxın vaxtda Britaniya tərəfinə çatdırılacaq”.
Bundan əvvəl martın 16-da Kremldə bildirirdilər ki, Britaniyanın qərarına cavab “çox da ləngiməyəcək”.
Prezident Putinin sözçüsü Dmitri Peskov deyib ki, “atılacaq bütün addımlar götür-qoy ediləcək və ölkəmizin maraqlarına xidmət edəcək”.
Rossia 24 dövlət telekanalı bildirib ki, martın 20-də 23 Rusiya diplomatı Böyük Britaniyanı tərk edəcək.
Bundan əvvəl Rusiyanın Britaniyadakı səfiri Aleksandr Yakovenko demişdi ki, Britaniya hökumətinin qərarı ilə bu ölkədən çıxarılan diplomatlar Birləşmiş Krallığı gələn həftə tərk edəcəklər.
Martın 14-də Britaniyanın baş naziri Theresa May bəyan etmişdi ki, 23 Rusiya diplomatı ölkədən xaric edilir.