Bu həftə Əfqanıstana ABŞ dronunun endirdiyi bildirilən hava zərbəsində Pakistan Talibanının rəhbəri Mullah Fazlullah-ın oğlu və daha 19 nəfər öldürülüb.
Bu haqda rəsmilər deyirlər.
Abdullah martın 6-da ölkənin şərqindəki Kunar vilayətində öldürülüb. Əfqanıstan sərhədində intiharçı bombaçılar üçün təlim düşərgəsinə iki raket atılıb. Məlumatı danışmaq səlahiyyəti olmadığından adının çəkilməsini istəməyən Pakistan kəşfiyyat rəsmiləri verib.
Pakistan mediası yazır ki, ölənlər içində Pakistan Talibanının daha iki regional komandiri – Gul Mohammad və Ustad Yaseen də olubmuş. Onlar intiharçılara təlim keçirmişlər.
Əfqan rəsmiləri daha öncə zərbədə 27 yaraqlının öldürüldüynü bildirmişdi.
Fazlullah bir ay içində dron zərbələrində qətlə yetirilmiş dördüncü yüksək rütbəli talibançıdır.
Pakistan Talibanı rəhbərinin müavini, Sajna adıyla tanınan Khan Said Mehsud ötən ay dron zərbəsində qətlə yetirilib. Ondan öncə daha iki komandir öldürülmüşdü.