NATO 7 Rusiya diplomatını qovur

NATO 7 Rusiya diplomatını qovur
28 Mart 2018
Mətni dəyiş

Rusiyalı diplomatların və kəşfiyyatçıların ölkələrdən çıxarılması çərşənbə axşamı da davam edib.

Bu gün Avstraliya və Moldova Rusiya nümayəndələrinin çıxarıldığını bəyan ediblər. Günün sonuna daha 7 nəfər Rusiya nümayəndəsinin çıxarıldığı bildirilib. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

O deyib ki, alyansda yeddi Rusiya nümayəndəsinin akkreditəsi Avropa ölkələrinin Rusiyaya qarşı keçirdiyi diplomatik tədbirlər çərçivəsində geri çağırılacaq. Bu tədbirlər Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripala qarşı qəsdin araşdırılması fonunda keçirilir.

"Bu gün mən NATO-da yeddi nəfər rusiyalı nümayəndənin akkreditəsini ləğv etdim", - Y. Stoltenberq bildirib. O əlavə edib ki, NATO Rusiyadan akkreditə üçün üç sorğunu təsdiqləməyəcək.

Son bir neçə gündə 24 ölkə martın əvvəlində Solsberidə S.Skripal və onun qızının zəhərlənməsi ilə əlaqədar Moskvanın ünvanına ittihamların fonunda Böyük Britaniya ilə həmrəylik nümayiş etdirərək rusiyalı diplomatların geri çağırılması barədə qərar qəbul edib. Britaniya, ABŞ, Kanada və digər Avropa ölkələrindən 140 diplomat geri çağırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun