MSK sədri mitinqə münasibət bildirib

MSK sədri mitinqə münasibət bildirib
7 Mart 2018
Mətni dəyiş

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Şura və Müsavat Partiyasının martın 10-na təyin etdiyi mitinqin seçkiqabağı təşviqata zidd olub-olmaması barədə sualı cavablandırıb.

MSK sədri deyib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat martın 19-da başlanır.

M.Pənahovun bildirməsinə görə, təşviqatla bağlı kütləvi aksiyalar, təşviqat prosesi martın 19-dan tez başlamamalıdır:

«Ancaq siyasi partiyaların digər sahələrdəki hərəkətləri digər qanunvericiliklərlə tənzimlənir. Əlbəttə, kimsə küçələrə çıxıb seçki ilə bağlı təşviqat aparırsa, hansısa namizədə münasibət bildirirsə, bu, artıq Seçki Məcəlləsinin tələblərinin pozulmasıdır. Seçki ilə bağlı hərəkətlər də MSK-nın səlahiyyətində olan məsələlərdir. Digər məsələlər barədə isə MSK fikir bildirmir, ümumiyyətlə, fikir bildirmək səlahiyyətimiz də yoxdur. Həm də hesab edirəm ki, siyasi partiyalar kifayət qədər təcrübəlidir. İnanmıram ki, kimsə bilə-bilə seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələbini pozsun».

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun