Jurnalistin ölümüylə əlaqədar 7 nəfər saxlanıb

Jurnalistin ölümüylə əlaqədar 7 nəfər saxlanıb
2 Mart 2018
Mətni dəyiş

Martın 1-də Slovakiya polisi jurnalist Jan Kuciak-ın ölümü üzrə istintaq çərçivəsində yeddi nəfəri saxlayıb.

Məlumatı polis idarəsinin rəhbəri Tibor Gaspar açıqlayıb.

27 yaşlı Jan Kuciak-la sevgilisi Martina Kusnirova-nın meyitləri fevralın 25-də paytaxt Bratislavanın şərqindəki evlərindən tapılıb. Hər ikisi güllələnib.

Bu qətllərdən sonra baş nazir Robert Fico-nun koalisiya tərəfdaşları aparıcı rəsmilərin istefasını tələb edib.

Gaspar-ın deməsinə görə, yeddi şübhəli şərqi Slovakiyada yeddi yerdə aparılmış reydlər zamanı saxlanıblar.

O, saxlananların ad-soyadlarını açıqlayıb və bəzilərinin adları Kuciak-ın son araşdırmasındakı italyan biznesmenlərin adlarına uyğun olub.

Saxlananlardan biri Antonino V.-dir.

Slovakiyanın biznes reyestrinə görə, italyan biznesmen Antonino Vadala qısa müddətə Maria Torskova ilə şərikli şirkət işlədib. Troskova baş nazirin köməkçisidir.

Troskova və ölkənin Təhlükəsizlik Şurasının araşdırmada adı çəkilən katibi fevralın 28-də istefa veriblər, təhqiqatın nəticəsini gözləyirlər. Onlar heç bir yanlışa yol vermədiyini deyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun