Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər müalicə aldığı Türkiyənin paytaxtı Ankara şəhərindəki "Hacettepe” xəstəxanasından martın 14-də buraxılacaq.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı mətbuata açıqlamasında deyib ki, İsa Qəmbərin səhhəti tam normallaşıb:
"Bizdə olan məlumata görə, bu həftənin çərşənbə günü, martın 14-də xəstəxanadan buraxılacaq. Yəqin ki, bu həftənin sonunda, ən geci növbəti həftənin əvvəlində Bakıda, evində olacaq”.