Martın 15-dən Azərbaycana səfər edən İran vətəndaşlarına giriş vizaları ölkənin beynəlxalq hava limanlarında rəsmiləşdiriləcək.
"Bu qərarın dost və qonşu ölkələr olan Azərbaycan və İran arasında humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə ümid edirik", - Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.