FTB direktorunun müavini işdən çıxarıldı

FTB direktorunun müavini işdən çıxarıldı
17 Mart 2018
Mətni dəyiş

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktor müavini Andrew Mc­Cabe işdən çıxarılıb.

Bu haqda washingtonpost.com yazır.

Mc­Cabe təqaüdə çıxacağı gündən 24 saat əvvəl işdən azad edilib. Buna görə də təqaüd imtiyazlarının bir çoxunu itirəcək.

ABŞ-ın ədliyyə naziri Jeff Sessions öz qərarını əsaslandırarkən deyib ki, McCabe icazəsiz olaraq mediaya məxfi məlumatlar ötürüb.

ABŞ prezidenti Donald Trump McCabe-ini davamlı tənqid edirdi.

O, FTB-nin direktor müavininin işdən çıxarıldığını sosial media hesabından elan edib. Bildirib ki, bu, "demokratiyanın qələbəsidir". Prezident hesab edir ki, "MacCabe FTB-nin rəhbərliyi səviyyəsində olan korrupsiyadan xəbərdar olub".

Mc­Cabe isə bəyanat yayaraq işdən çıxarılmasını onu ləkələmək və Müstəqil istintaq qrupunun işinə maneçilik törətmək cəhdi kimi qiymətləndirib.

Müstəqil istintaq qrupu Trump-ın seçki kampaniyasının Kremllə əlbir işləyib-işləmədiyin araşdırır. McCabe Müstəqil istintaq qrupunun təhqiqatında şahiddir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun