Fransanın Burkina-Fasodakı səfirliyinə hücum olub.
Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, Fransanın Burkina-Fasonun paytaxtı Uaqaduquda yerləşən səfirliyinə silahlı hücum olub.
Bu barədə diplomatik korpusun əməkdaşı öz “Facebook” səhifəsində məlumat verib.
“Fransa səfirliyinə və institutuna hücum edilib. Olduğunuz yerdə qalın”, - deyə səfirliyin əməkdaşı sosial şəbəkədəki hesabında yazıb.
Məlumata görə, bir neçə maskalı şəxs binaya hücum edib. Şahidlər mənzil-qərargahın binasında yanğın baş verdiyini bildiriblər.