Fransada keçmiş prezident Nicolas Sarkozy polis tərəfindən saxlanılıb.
Abzas.net xarici KİV-ə istinadən xəbər verir ki, Sarkozy 2007-ci ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün saxlanılıb.
Sarkozy-nin seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirildiyi iddia olunur.
Nicolas Sarkozy Nanterdə məhkəmə polisinin binasında saxlandığı bildirilir.