Türkiyə prezidenti Recep Tayyip Erdoğan günün sonuna qədər Afrinin azad olunacağını bildirib.
“Bu günün sonunadək Afrin terrorçulardan təmizlənəcək”, - deayə, Erdoğan bildirib.
Türkiyə prezidentinin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrində keçirdiyi əməliyyatı nəticəsində 3444 terrorçu məhv edilib.
Erdoğan bildirib ki, Afrinin azad olunması və 2016-cı ilin iyulun 15-də Türkiyədə dövlət çevrilişinin qarşısının alınmasına həsr olunan qələbə marşları yazılmalıdır.
Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Suriyanın Afrin bölgəsini PYD/YPG silahlı qruplaşmalarından təmizləmək məqsədilə “Zeytun budağı” əməliyyatına başlayıb.