Cənubi Koreyanın Pxenyanda olan nümayəndə heyəti martın 5-də ölkə lideri Kim Jong Un-la görüşüb.
Cənubi Koreya prezidentinin sözçüsü jurnalistlərə bildirib ki, 10 nəfərdən ibarət nümayəndə heyəti Pxenyana bu gün çatıb və bir neçə saatdan sonra Kim-lə nahar edib. Nümayəndə heyətinə Cənubi Koreyanın Milli Təhlükəsizlik ofisinin başçısı Chung Eui-yongrəhbərlik edir.
İlk dəfədir Cənubi Koreyadan şimala rəsmi nümayəndə heyəti gedir.
Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Qış Olimpiya oyunları iki ölkənin münasibətlərində yumşalma yaradıb.
Bu səfərdən sonra elçilər Birləşmiş Ştatlara səfər edəcək, oranın rəsmilərini məlumatlandıracaqlar.
ABŞ prezidenti Donald Trump martın 3-də deyib ki, Birləşmiş Ştatlar Şimali Koreyayla görüşə bilər, amma əvvəlcə Pxenyan “nüvə silahından əl çəkməlidir”.