Britaniyanın Rusiyadakı səfiri Laurie Bristow Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bir müddət əvvəl Rusiyanın Londondakı səfiri Aleksandr Yakovenko Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Martın 4-də Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya zəhərlənib. Bu hadisə zamanı 20-dən çox insan xəsarət alıb.
Martın 12-də Britaniyanın baş naziri Theresa May Skripal və qızının zəhərlənməsində Rusiyanı ittiham edib.
Hazırda xəstəxanada Skripal, onun qızı Yuliya və polis zabiti müalicələrini davam etdirirlər.