Britaniya polisi rusiyalı biznesmenin ölümü ilə bağlı cinayət işi qaldırıb

Britaniya polisi rusiyalı biznesmenin ölümü ilə bağlı cinayət işi qaldırıb
17 Mart 2018
Mətni dəyiş

Britaniya polisi Londonda yaşayan rusiyalı biznesmen Nikolay Qluşkovun ölümü ilə bağlı qətl ittihamı ilə cinayət təhqiqatına başlayıb.

Qluşkovun autopsiyası onun boğazına edilmiş təzyiq nəticəsində öldüyünü göstərib.

Qluşkov Kremlin tənqidçisinə çevrilmiş və 2013-cü ildə müəmmalı şəkildə ölmüş rusiyalı oliqarx Boris Berezovskinin yaxın yoldaşı olub.

68 yaşlı Qluşkovun meyiti martın 12-də onun London evində tapılıb. Bundan bir həftə əvvəl keçmiş ikili rusiyalı casus Sergey Skripal və qızı Yuliya İngiltərənin Solberi şəhərində, küçədəki skamyalardan birində huşsuz vəziyyətdə aşkar olunmuşdular. Onların əsəb-sinir sisteminə təsir edən kimyəvi qazla zəhərləndiyi məlumdur.

London polisi martın 16-da bəyan edib ki, “indiki mərhələdə Qluşkovun qətli ilə Solsberidə baş vermis kimyəvi zəhərlənmə arasında hər hansı bağın mövcud olub-olmadığı bəlli deyil”.

Antiterror polisi bildirir ki, Qluşkovun ölümü ilə bağlı cinayət işi üzrə təhqiqatın diqqəti əsasən onun tərəfdaş bağları üzərində cəmləşəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun