Bakıda 15 müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri müvəqqəti olaraq dəyişdirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat verib.
Bildirilir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində aparılan təmir-tikinti işləri ilə əlaqədar müvəqqəti olaraq 2, 13, 14, 20, 29, 37, 67, 83, 91, 96, 117, 130, 134, 142, 158 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri dəyişdirilib. Sərnişindaşımada fasiləsizliyin pozulmaması məqsədilə edilən dəyişiklik martın 3-dən etibarən tətbiq ediləcək.
Dəyişikliyə əsasən qeyd edilən müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri “Avtovağzal” metrostansiyasının qarşısına keçiriləcək.