Azərbaycanın şimal bölgəsinə güclü qar yağıb

Azərbaycanın şimal bölgəsinə güclü qar yağıb
31 Mart 2018
Mətni dəyiş

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsində  hava  şəraiti kəskin dəyişib.

Məlumata görə,  bölgəyə qar yağmağa başlayıb.

Quba və Qusarın dağlıq ərazilərinə 26 sm qalınlığında qar yağıb. Havanın temperaturu mənfi 1-6 dərəcə arasında dəyişir.

Qubanın Xınalıq kəndinə 26 sm, Qırız kəndində 17 sm, Qusarın Ləzə kəndində isə 20 sm qalınlığında qar yağıb. Quba və Qusarın rayon mərkəzində isə qarın hündürlüyü 3-9 sm-dir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun