ABŞ-ın Ankaradakı səfirliyi işini müvəqqəti dayandırır

ABŞ-ın Ankaradakı səfirliyi işini müvəqqəti dayandırır
5 Mart 2018
Mətni dəyiş

ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də təhlükəsizliklə əlaqədar işini dayandıracaq.

Bu barədə ABŞ səfirliyinin rəsmi internet saytında məlumat yayılıb.

“ABŞ-ın Ankaradakı səfirliyi 2018-ci il, martın 5-də təhlükəsizlik təhdidləri ilə əlaqədar ziyarətçilər üçün bağlı olacaq”, məlumatda deyilir.

 Bildirilir ki, bu gün səfirlik tərəfindən yalnız təxirəsalınmaz xidmətlər göstəriləcək: “Səfirliyin fəaliyyəti bərpa olunan kimi, bu barədə məlumat veriləcək”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun