Martın 9-da Əfqanıstanın paytaxtı Kabildə partlayış olub.
Abzas.net xarici mətbuata istinadla xəbər verir ki, hadisə, paytaxtın şiələr yaşayan ərazisində intiharçının özünü partlatması nəticəsində baş verib.
Hadisə nəticəsində azı 9 nəfər ölüb. Daha 18 nəfərin yaralandığı bildirilir. Ölənlərdən biri polis əməkdaşıdır.
İŞİD hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Bundan əlavə, Əfqanıstanın Taxar vilayətində Taliban silahlıları hərbi posta hücum edib. Nəticədə 10 polis əməkdaşı həlak olub. Daha 9 nəfər yaralanıb.