Fevralın 15-də Cənubi Afrika Respublikasının (CAR) yeni prezidenti məlum olub.
Abzas.net xarici KİV-ə istinadən xəbər verir ki, bu posta ölkənin keçmiş vitse-prezidenti Cyril Ramaphosa layiq görülüb.
Belə ki, Ramaphosa parlamentin xüsusi iclasında ölkənin yeni prezidenti seçilib.
Seçildikdən sonra andiçmə mərasimində çıxış edən Ramaphosa, var gücü ilə korrupsiyaya qarşı mübarizə aparacağına söz verib.
Fevralın 15-də CAR-ın keçmiş prezident Jacob Zuma televiziya ilə xalqa müraciət edib və istefa verdiyini bəyan edib. O bildirib ki, partiyasının verdiyi qərara əməl edəcək.
Müxalifət Jacob Zuma-nı, eləcə də rəhbər partiyanı mənimsəmədə, dövlət əmlakını talamaqda ittiham edirdi.
Jacob Zuma 10 il CAR-ın prezidenti olub.