Yunanıstanın baş naziri Aleksis Sipras parlamentə yeni sənəd təqdim edib.
Sənəd Yunanıstanın yüksək çinli məmurlarının rüşvətxorluğuna aiddir. İddiaya əsasən, məmurlar İsveçrənin "Novartis" dərman şirkətinin yunan filialından rüşvət alıblar. Bu barədə ədliyyə naziri Stavros Kontonis jurnalistlərə məlumat verib.
Yunan mətbuatının xəbərinə əsasən, iki sabiq baş nazir və 8 keçmiş nazirə qarşı ittiham irəli sürülüb. Mətbuatın adını dərc etdiyi bir neçə siyasətçi "Novartis" işi ilə bağlı ittihamları rədd edib.
Ədliyyə naziri siyasətçilərin adını çəkməyib. Amma bildirib ki, "Novartis" işi müasir yunan dövləti yaranandan bu yana ən böyük qalmaqaldır.