YAP imzaları MSK-ya təqdim edib

YAP imzaları MSK-ya təqdim edib Foto: sosial media
23 Fevral 2018
Mətni dəyiş

Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzalarını tələb edilən sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Bu barədə pratiyanın mətbuat xidməti məlumat verib.

Bildirilir ki, Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq, prezidentliyə namizədin müdafiəsi üçün tələb olunan 40 mindən az olmayan sayda seçici imzası 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza olmaq şərtilə toplanmalıdır.

2018-ci il fevralın 8-də YAP-ın VI Qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, hazırki prezident İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun