Fevralın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı baş tutub.
Abzas.net xəbər verir ki, qurultayda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, hazırki prezident İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
İlham Əliyevin 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə qurultayın qərarını YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov təqdim edib.
Bununla da, 2003-cü ildən Azərbaycana rəhbərlik edən İlham Əliyev 4-cü dəfə prezidentliyə namizəd oldu.
Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-nə təyin olunub.