Vaşinqtondakı Rusiya səfirliyinin qarşısındakı meydana rusiyalı mərhum müxalifətçi Boris Nemtsovun adı verilib.
İndən belə Wisconsin Avenue küçəsinin Rusiya səfirliyinin qarşısından keçən hissəsi Nemtsovun (Boris Nemtsov Plaza) adını daşıyacaq.
Bu barədə Azadlıq Radiosu Boris Nemtsov fondunun sədri Vladimir Kara-Murzaya istinadla xəbər verib.
Kara-Murza müvafiq qanun layihəsinin təsdiqləndiyini və artıq qüvvəyə mindiyini deyir.
Onun sözlərinə görə, rəsmi açılış mərasimi fevralın 27-nə, jurnalistin qətllə yetirilməsinin 3-cü ildönümünə təyin edilib.
Vaşinqton şəhər şurası yanvarın əvvəllərində yektilliklə qanun layihəsinin tezliklə qəbuluna səs vermişdi.
Bundan əvvəl sənədi “profil komitəsi” də dəstəkləmişdi.
Xatırlatma
Rusiya prezidenti Vladimir Putinin qatı tənqidçisi Nemtsov 2015-ci il fevralın 27-də Moskvanın mərkəzində-Kremlin yaxınlığındakı körpünün yaxınlığında qətlə yetirilib.
Şəhər hakimiyyəti daima həmin yerdə Nemtsova qoyulan xatirə lövhəsini dağıdır.
Ötən ilin mayında isə həmin xatirə guşəsini mühafizə edən fəal hücuma məruz qaldıqdan sonra xəstəxanada vəfat edib.
Nemtsovun qətlində şübhəli bilinən beş çeçen uzunmüddətli həbs cəzasına məhkum edilsələr də, mərhumun yaxınları qətlin əsl sifarişçilərinin kənarda qaldığını deyirlər.