Türkiyə Ordusu Suriyanın Afrin şəhərində "Zeytun budağı" adı altında həyata keçirdiyi anti-terror əməliyyatı zamanı daha beş kəndi- Şeyx Məhəmmədəlini, Dudunu, Semalıkı, Veliklini və Kavandanı terrorçulardan təmizləyib.
Türkiyə KİV-i bildirir ki, beləliklə, indiyədək azad edilən yaşayış məntəqələrinin sayı 109-a, məhv edilən yaraqlıların sayı isə 2018 nəfərə çatıb.
PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarına qarşı hava və quru əməliyyatlarının davam etdirildiyi bildirilir.