"Bu mərhələdən sonra Türkiyə ilə birlikdə hərəkət edəcəyik".
NTV telekanalının məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Rex Tillerson Türkiyəyə səfəri çərçivəsində Ankarada həmkarı Mevlut Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
R. Tillerson bildirib ki, artıq iki müttəfiq ölkə ayrılıqda hərəkət etməyəcək:
“Biz birlikdə Suriyadakı bütün problemləri dəyərləndirəcəyik. Birlikdə hərəkət edəcəyik. İŞİD-lə mübarizə aparacağıq. Ərazilərin təhlükəsizliyini təmin edəcəyik. Görüləcək çox iş var. Sürətlə başlamalıyıq. Bu istiqamətdə iş aparacaq ilk qrup martın ortasında toplanacaq. Lakin vacib bir hal olduqda biz gözləməyəcəyik, hərəkət edəcəyik”.