Suriya silahlı müxalifəti şənbə günü İdlib şəhəri yaxınlığında hərbi təyyarə vurduğunu bəyan edib.
Vurulan təyyarənin Rusiyaya məxsus "Su-25" olduğu bildirilir.
Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, fevralın 3-də "İdlib" deeskalasiya zonasında uçuş həyata keçirərkən təyyarə "yer-hava" sinifli raketlə vurulub. Pilotun katapult etdiyi, lakin sonradan "Cebhat an Nusra" qruplaşmasının üzvləri ilə atışmada öldürüldüyü bildirilir.
Rusiyada fəaliyyət göstərən müstəqil Conflict Intelligence Team internetə onların dediyinə görə pilotun cəsədini göstərən fotoları qoyub. Sayt pilotun mayor Roman Filipov olduğunu xəbər verir. Bu da qeyd olunur ki, pilotun cibindən tapılmış sənəddə onun Rusiya hərbi-hava qüvvələrinin Suriya qrup komandanı polkovnik-leytenant Sergey Aksyonov tərəfindən dövlət mükafatına tövsiyə edildiyi görünür.
[embed]https://www.facebook.com/azadliqqazeti/videos/1688300704559413/[/embed]