ABŞ Maliyyə nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır.
TASS-ın məlumatına görə, Bunu ABŞ-ın maliyyə naziri Steven Mnuchin bəyan edib.
“Rusiya Federasiyasına qarşı sanksiyalar üzərində işləyirik və bir neçə həftə ərzində onları elan etmək niyyətindəyik”, deyə nazir bildirib.
Qeyd edək ki, bu gün ABŞ Maliyyə nazirliyi Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib.