Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
27 Fevral 2018
Mətni dəyiş

Fevralın 28-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman, çiskin olacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.

Fevralın 28-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı vurğulanır. Gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təxmin edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun