Sabah Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək.
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, sabah saat 16:00-da MSK-nın iclası keçiriləcək.
Bu gün prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.
Seçki Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.