Saakaşvili İvanaşvili istefa versə Gürcüstana qayıdacaq

Saakaşvili İvanaşvili istefa versə Gürcüstana qayıdacaq
8 Fevral 2018
Mətni dəyiş

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Tiflisə qayıtmaq vədini verib.

O, bunun üçün şərtini açıqlayıb.

Saakaşvilinin şərtinə görə, onun Tiflisə qayıtması üçün “Gürcü arzuları – Demokratik Gürcüstan” partiyasının yaradıcısı, milyarder, sabiq baş nazir Bidzina İvanaşvilinin istefası vacibdir.

O, Gürcüstana qayıtdığında aktiv siyasətlə məşğul olub-olmayacağını bilmədiyini deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun