Saakashvilinin minlərlə tərəfdarı küçələrə çıxdı [foto]

Saakashvilinin minlərlə tərəfdarı küçələrə çıxdı [foto]
18 Fevral 2018
Mətni dəyiş

Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Mixeil Saakashvilinin tərəfdarları fevralın 18-də Ukraya paytaxtı Kiyevdə yürüş keçiriblər.

Onlar prezident Petro Poroshenkonun istefasını tələb ediblər.

Özü bu yaxınlarda Ukraynadan zorla çıxarılan və hazırda Hollandiyada olan Saakashvili Poroshenkonun impiçmentinə çağırır.

Polisin məlumatına görə, yürüşdə bir neçə min insan iştirak edib. Saakashvilinin tərəfdarları isə yürüşün daha izdihamlı olduğunu deyirlər.

Aksiya 50 dəqiqə gec başlayıb. Yürüş təşkilatçılarının sözlərinə görə, səbəb bazar günü nəqliyyatın ləng işləməsidir, insanlar aksiya yerinə gəlməkdə çətinliklərlə üzləşiblər.

Aksiyanın önündə Saakashvilinin “Yeni qüvvələr hərəkatı”nın fəalları David Sakvarelidze və Ali Radanın deputatı Yeqor Sobolev addımlayıblar.

Aksiya iştirakçıları Ukrayna bayraqları və “Əlinizi Mişadan çəkin” şüarları qaldırıblar.

Tələblərdən biri də növbədənkənar parlament seçkilərinin keçrilməsi, hökumətin yenilənməsidir.

Saakashvili bildirir ki, Ukraynanın indiki hakimiyyəti korrupsiyaya bulaşıb və oliqarxların əlində oyuncağa çevrilib.

Poroshenko bu ittihamları rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun