Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Micheil Saakashvili Kiyev şəhərində saxlanılıb.
Abzas.net Unian agentliyinə istinadən xəbər verir ki, bu barədə onun dostu David Sakvarelidze məlumat verib.
Sakvarelidze-nin sözlərinə görə, Saakashvili xüsusi təyinatlılar tərəfindən "Suluquni" restoranının yaxınlığında saxlanılaraq naməlum istiqamətdə aparılıb.
Hüquq-mühafizə orqanları bununla bağlı açıqlama veriblər. Bildirilib ki, Saakashvili Miqrasiya Xidmətinin tələbi ilə saxlanılıb.
Kiyev məhkəməsi Micheil Saakashvilinin qaçqın statusu almaqla bağlı apellyasiya şikayətini rədd edib.