Rusiyanın Mərkəzi Seçki Komissiyası mart ayında keçiriləcək prezident seçkilərində Vladimir Putinin namizədliyini qeydə alıb.
Dövlət başçısı seçkilərdə müstəqil namizəd kimi çıxış edəcək. Qeydiyyat üçün ən azı 300 min seçicinin imzasını toplamalı idi. Bununla yanaşı 7.5 min seçici eyni regiondan olmalıdır.
Qeydiyyat üçün lazım olan digər sənədlər Mərkəzi Seçki Komissiyasına 29 yanvar tarixində təqdim edilib.
Ümumi olaraq Putini dəstəkləyən 1.6 milyon imza toplanıb. MSK-nə isə 314 min imza təqdim edilib. Qurumun sədr müavini Nikolay Bulayev bildirib ki, cəmi 232 imza tələblərə uyğun olmadığı üçün etibarsız sayılıb.
Rusiyada prezident seçkiləri 18 mart tarixində keçiriləcək.