“Rusiya ABŞ-la dialoqa hazırdır”.
RİA “Novosti” agentliyinin verdiyi xəbərə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
V.Nebenzya bildirib ki, bu dialoq təkcə hər iki ölkə üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün vacibdir.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Xeylinin “Rusiya dəyər və davranışlarını dəyişməyənə kimi ABŞ-ın dostu olmayacaq” fikrinə münasibət bildirən Rusiya təmsilçisi deyib ki, Rusiyanın kiminləsə dost olmağa ehtiyacı yoxdur: “ Biz istəmirik ki, kimsə bizi sevsin. Biz sadəcə, mədəni əlaqələr qurmaq istəyirik”.
Vasili Nebenzya hazırda ABŞ və Rusiya arasında əlaqələrin yaxşı getmədiyinə toxunub və bunda Rusiyanın günahı olmadığını vurğulayıb.