Rusiyada müxalifətçinin meyiti tapılıb

Rusiyada müxalifətçinin meyiti tapılıb
4 Fevral 2018
Mətni dəyiş

Sankt-Peterbuqda müxalifətçisi Konstantin Sinitsinin cəsədi taplıb.

Bu barədə Azadlıq Radiosunun Rusiya xidməti fevralın 3-də deputat Boris Vishnevskiyə istinadla xəbər verir.

Onun cəsədi hələ yanvarın 26-da yaşadığı evin girəcəyində aşkar edilib.

“Fontanka” nəşrinin məlumatına görə, polis Sinitsini sonuncu dəfə sağ görən adamı saxlayıb.

İlkin məlumatlara görə, müxalifətçi məişət zəmnində törədilən cinayətin qurbanı olub.

Onun başında zədələr aşkar edilib.

Sinitsinin 53 yaşı vardı, müxalifətin təşkil etdiyi aksiyaların daimi iştirakçısı idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun