Qara dənizdə batan quru yük gəmisi Türkiyənin gəmi şirkətinə məxsusdur.
Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi gəminin Azov dənizindən Türkiyəyə doğru hərəkət etdiyini bildirib.O vurğulayıb ki, korpusun zədələnməsi və nəticədə içəri su sızmasına görə gəmi yardım üçün müraciət edib.
Onun sözlərinə görə, ekipaj 8 Ukrayna və 4 Azərbaycan vətəndaşından ibarət olub. Bütün ekipaj üzvləri evakuasiya olunublar.
FHN rəsmisi gəmidən təxliyyə edilən ekipaj üzvlərinin tibbi yardıma ehtiyacı olmadığını və onların Feodosiyaya çatdırıldıqlarını söyləyib.
Quru yük hazırda dəniz akvatoriyasında lövbərin üzərindədir, onun taleyinə gəminin sahibləri qərar verəcəklər.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.