Türkiyədən Yunanıstana keçmək istəyən qaçqınların qayığı aşıb.
Abzas.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, qaçqınlar Türkiyənin Ədirnə şəhərindən Meriç çayını keçərək Yunanıstana getmək istəyiblər.
Qayığın aşması nəticəsində 10 nəfər itkin düşüb.
Hadisə ilə əlaqədar axtarış-xilasetmə işləri görülür.