Masallıda və Qəbələdə intihar olub.
Masallı rayon sakini, 1970-ci il təvəllüdlü Etibar Fərrux oğlu Nemətov yaşadığı evin damında, Qəbələ rayonu Seyidqışlaq kənd sakini, 1968-ci il təvəllüdlü Elman İlyas oğlu Qədirov isə meşədə özünü asaraq intihar ediblər. Seyidqışlaq kəndinin ərazi nümayəndəsi Vaqif Mehdiyevin verdiyi açıqlamaya görə, Elman Qədirov 3-cü qrup Qarabağ əlili olub. Elman Qədirovun 2 oğlan övladı var. Biri Gəncədə tələbə, digəri isə hərbi xidmətdir. Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.