Prezident seçkilərinə hazırlıq mərhələsi fevralın 10-u başlayır

Prezident seçkilərinə hazırlıq mərhələsi fevralın 10-u başlayır
5 Fevral 2018
Mətni dəyiş

Azərbaycanda Prezident seçkilərinə hazırlığa fevralın 10-da start veriləcək.

Seçki Məcəlləsinin 179-cu (Növbədənkənar Prezident seçkilərinin keçirilməsi) maddəsinə əsasən, növbədənkənar prezident seçkiləri ilə bağlı qərar qəbul edildiyi gündən başlayaraq bir həftədən gec olmayaraq seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 2 ay ərzində keçirilir.

Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncmda qeyd olunub ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması barədə Mərkəzi Seçki Komissiyasına göstəriş verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun