Papua-Yeni Qvineyada güclü zəlzələ baş verib.
Abzas.net Rusiya mətbuatına istinadən xəbər verir ki, zəlzələ nəticəsində ən azı 30 nəfər ölüb. Daha 300 nəfərin xəsarət aldığı bildirilir.
Həmçinin zəlzələ nəticəsində, ölkə ərazisində çox sayda tikililərə ziyan dəyib, elektrik enerjisi təchizatı pozulub, havanəqliyyatının fəaliyyətində problemlər yaranıb.
Zəlzəlin 7,5 bal gücündə olduğu bildirilib.