Nigeriyada bazara silahlı hücum baş verib.
Abzas.net xarici KİV-ə istinadən xəbər verir ki, terrorçular bazara hücum edib.
Şahidlərin sözlərinə hücumda 3 nəfər iştirak edib.
Məlumata görə, hadisə nəticəsində azı 22 nəfər ölüb. Daha 28 nəfərin yaralandığı bildirilir.
Yaralanan şəxslər xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.