Navalnynın araşdırmasına çıxış məhdudlaşdırıla bilər

Navalnynın araşdırmasına çıxış məhdudlaşdırıla bilər
11 Fevral 2018
Mətni dəyiş

“Roskomnadzor” müxalifətçi Aleksei Navalny-nın biznesmen Oleg Deripaska və baş nazir müavini Sergei Prikhodko ilə bağlı qalmaqallı araşdırması və videosunu qadğan edilmiş informasiyalar siyahısına salıb.

Bu barədə korrupsiya ilə mübarizə fondunun nümayəndəsi Georgi Alburov məlumat verib.

Azadlıq Radiosunda olan məlumata görə, qərarı fevralın 9-da Krasnodar diyar məhkəməsi çıxarıb.

Amma məhkəmənin saytında hələlik bu barədə məlumat yoxdur.

Navalny-nın bu araşdırmasına görə, Prokhodko 2016-cı ildə bir neçə günü Deripaska-nın yaxtasında keçirib. Müxalifətçi bunu “rüşvət” hesab edir.

Deripaskanın nümayəndəsi isə deyir ki, milyarder qanunsuz heç nə etməyib və məhkəməyə müraciət edə bilər.

Rusiya müxalifətçisi Aleksey Navalnı bu həftə Rusiya milyarderi Oleq Deripaska, baş nazir müavini və metallurgiya maqnatının keçmiş sevgilisi olduğunu iddia edən qadın barədə materialları yayıb.

Deripaska fevralın 9-da bildirib ki, “onun şərəf və ləyaqətinin təhqir olunmasına edilmiş istənilən cəhdlə məhkəmədə mübarizə aparacaq”.

Navalnı Deripaska ilə Rusiya baş nazirinin müavini Sergey Prixodkonun görüşü haqqında məlumatları yaymışdı. Bu görüşün Norveç sahillərində, Deripaskanın yaxtasında keçirildiyi bildirilirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun