Navalny saxlanıb

Navalny saxlanıb
22 Fevral 2018
Mətni dəyiş

Rusiyada müxalif siyasətçi Aleksei Navalny Moskvada polis tərəfindən saxlandığını deyir.

O, fevralın 22-də Twitter-də yazıb ki, diş həkimindən çıxarkən polis ona yaxınlaşıb və saxlandığnı bildirib.

Navalny “harasa” aparıldığını yazıb.

Prezident Vladimir Putin-ə qarşı sərt mövqe tutan Navalny ölkənin hakim elitası içində korrupsiyanın olduğunu iddia edən hesabatlar yayıb, etirazlar təşkil edib. O, 18 mart prezident seçkisinə buraxılmayıb, barəsində bir neçə məhkəmə hökmünün olduğunu əsas gətirilib. Siyasətçi həmin cinayət işlərini qondarma sayır.

Navalny dəfələrlə saxlanıb, icazəsiz aksiyaların təşkilinə görə qısamüddətli həbs cəzaları çəkib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun