NATO Avropada yeni komanda mərkəzləri yaradacaq

NATO Avropada yeni komanda mərkəzləri yaradacaq
16 Fevral 2018
Mətni dəyiş

NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən ikigünlük danışıqlarında “dəyişməkdə” olan təhlükəsizlik mühiti ilə bağlı iki yeni komanda mərkəzinin yaradılması barədə razılıq əldə olunub.

Fevralın 15-də, görüşün sonunda çıxış edən NATO baş katibi Jens Stoltenberg deyib ki, müttəfiqlər, habelə alyansın İraqdakı mövcudiyyətini “artırmaq” planlarını təsdiqləyiblər.

Brüssel görüşünün birinci günündə nazirlər Avropa boyunca hərbi qüvvələrin çevik hərəkətini təmin etmək məqsədilə iki yeni komanda mərkəzinin yaradılması, habelə Avropa və Şimali Amerika qitələri arasındakı dəniz kanallarının mühafizəsi qərarını qəbul ediblər.

Stoltenberg fevralın 14-də demişdi ki, logistika, qüvvələrin cəmləşdirilməsi və hərbi hərəkilik üçün yeni komanda mərkəzi NATO-ya böhrana “lazımi yerdə, lazımi vaxtda və lazımi qüvvə ilə cavab vermək imkanı yaradacaq”.

NATO nazirləri habelə hərbi haker hücumlarını önləmək məqasədilə yeni kiberəməliyyatlar komanda mərkəzinin yaradılmasnı nəzərədə tutan planı təsdiqləyiblər.

Stoltenberg deyib ki, “Avropadakı təhlükəsizlik mühiti dəyişir və NATO buna reaksiya göstərməlidir”.

Soyuq müharibədən bəri NATO özünün 33 komanda mərkəzində çalışan 22 minlik heyətini 7 mərkəzdə çalışan 7 min nəfərədək ixtisar etmişdi.

Bundan başqa Stoltenberg fevralın 15-də bidlriib ki, o, fevralın 16-18-də Münhendə keçiriləcək Təhlükəsizlik Konfransı əsnasında Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşməyi planlaşdırır. Baş katib deyib ki, “dialoq xüsusilə də münasibətlərin gərgin vaxtlarında lazımdır”.

İraq məsələsinə gəlincə isə NATO nazirləri burada alyansın təlim missiyasına başlamaq planını bəyəniblər. Bu missiya İraq ordusunun peşəkarlığının yüksəldilməsinə dəstək verməlidir.

ABŞ müdafiə naziri Jim Mattis bildirib ki, “bu, İraq ordusunun daha bir terrorçu qiyamına yol verməməsi üçün lazımdır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun